Bütün İslam Kitabxanası

99 - Zəlzələ - Az-Zalzalah

:1

Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

:2

Yer öz yükünü çıxardıb atacağı zaman;

:3

İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -

:4

Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -

:5

Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!

:6

O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).

:7

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).

:8

Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).