Bütün İslam Kitabxanası

1 - Kitabı açan - Al-Fātiĥah

:1

Mərhəmətli, rəhmli Allahın adı ilə!

:2

Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,

:3

(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,

:4

Haqq-Hesab (qiyamət) gününün sahibinə!

:5

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

:6

Bizi doğru (düz) yola yönəlt!

:7

Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!