114 - İnsanlar - An-Nās
:1
(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
:2
İnsanların ixtiyar sahibinə;
:3
İnsanların tanrısına;
:4
Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
:5
O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
:6
(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! (Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!)”