Bütün İslam Kitabxanası

95 - Əncir - At-Tīn

:1

And olsun əncirə və zeytuna;

:2

And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;

:3

And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,

:4

Biz insanı ən gözəl biçimdə yaratdıq!

:5

Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!

:6

Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.

:7

(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!

:8

Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!