Bütün İslam Kitabxanası

110 - Kömək - An-Naşr

:1

(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;

:2

İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman

:3

Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!