109 - Kafirlər - Al-Kāfirūn
:1
(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!
:2
Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
:3
Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
:4
Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
:5
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
:6
Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”